17 iyun 2024. Bazar ertəsi

Yannis Ataman haqqında: "Siz dünyanın ən yaxşı məşqçisisiniz"


  • Offside
  • 17:02 27.05.2024
  • Oxunma sayı: 55
Yannis Ataman haqqında: "Siz dünyanın ən yaxşı məşqçisisiniz"

Yunanıstanın "Panatinaikos" klubunun baş məşqçisi Ergin Ataman dünyanın ən yaxşı basketbol məşqçisi adlandırılıb. 

90deqiqe.Az xəbər verir ki, "Milwaukee Bucks" komandasının lideri Yannis Adetokunbo, dünənki oyundan sonra Ataman haqqında təriflə dolu sözlər söyləyib. 29 yaşlı basketbolçu, türkiylə mütəxəssisin dünyanın ən yaxşı məşqçisi olduğunu qeyd edib.

O, "Final Four"u izləyərkən Ergin Ataman ilə söhbət zamanı belə deyib: “Siz bir nömrəli məşqçisiniz, siz ən yaxşısınız. Mən də sizin kimi bir məşqçinin rəhbərliyində oynamaq istəyərdim.”

Xatırladaq ki, "Panatinaikos", Euroleague Final Four-un həlledici matçında "Real Madrid"i  95:80 hesabı ilə məğlub edib.







Offside