27 iyul 2024. Şənbə

Rolan Qarros: Zverev, Nadalı məğlub edən üçüncü tennisçi oldu


  • Offside
  • 21:12 27.05.2024
  • Oxunma sayı: 57
Rolan Qarros: Zverev, Nadalı məğlub edən üçüncü tennisçi oldu

2020-ci ilin Olimpiya çempionu, dünyanın dördüncü raketka ustası Aleksandr Zverev "Rolan Qarros"da Rafael Nadalı  məğlub etməyi bacaran tarixdə yalnız üçüncü tennisçi olub. 

90deqiqe.Az xəbər verir ki, bu, turnirin ilk raundunda baş verib.Zverev (4) 37 yaşlı Nadala 6:3, 7:6 (7:5), 6:3 hesabı ilə qalib gəlib.

Bu vaxta qədər ispaniyalı bu əsasda, yalnız serb Novak Cokoviçə (2015 (1/4 final), 2021 (yarıfinal) və isveçli Robin Söderlinqə (2009, 1/8 final) uduzub. 

Nadal üçün "Rolan Qarros" karyerasının ən uğurlu yarışıdır. O, 14 dəfə qalib gəlib. Ümumilikdə onun TBS-də 22 qələbəsi var.







Offside