8 fevral 2026. Bazar günü

Həndbol üzrə XXX Azərbaycan kubokunda finalçılar bilindi


  • Offside
  • 21:30 27.05.2024
  • Oxunma sayı: 162
Həndbol üzrə XXX Azərbaycan kubokunda finalçılar bilindi

Həndbol üzrə XXX Azərbaycan kubokunda finalçılar müəyyənləşib.

90deqiqe.Az xəbər verir ki, qadınların mübarizəsində ilk olaraq yarımfinal görüşündə "Qarabağ" "Kür"lə qarşılaşıb.

Gərgin mübarizəli keçən görüşdə ikincilər 29:28 hesabı ilə qələbə qazanaraq həlledici mərhələyə vəsiqə qazanıblar.

Onların finaldakı rəqibi digər yarımfinal cütündə "İdman Akademiyası"na (45:28) qalib gələn "Azəryol" olacaq.

Qeyd edək ki, “Kür” və “Azəryol” komandaları arasında baş tutacaq final oyunu mayın 30-da keçiriləcək.







Offside