21 sentyabr 2024. Şənbə

İrlandiyalı döyüşçü, Konor Makqreqoru "ölü sərxoş" adlandırıb


  • Offside
  • 16:15 28.05.2024
  • Oxunma sayı: 69
İrlandiyalı döyüşçü, Konor Makqreqoru "ölü sərxoş" adlandırıb

İrlandiyalı qarışıq döyüş sənətçisi Kaolan Lofran həmyerlisi, iki çəki dərəcəsində keçmiş UFC çempionu Konor Makqreqorun amerikalı Maykl Çandlerlə döyüşdən bir ay əvvəl gecə klubuna səfərini şərh edib.

90deqiqe.Az xəbər verir ki, bu barədə Lofran sosial şəbəkə hesabında bildirib.
“Mənim xoşuma gəlmir. Bu idmana hörmət etmək lazımdır. Konora hörmət edirəm. Onun döyüşünə altı həftə qalmasına baxmayaraq ölü sərxoş olması və özünü yaxşı hesab etməsi faktını tənqid edirəm".

Makqreqor və Çandler arasında döyüş 2024-cü il iyunun 29-dan 30-na keçən gecə qarışıq döyüş növləri üzrə UFC 303 turnirində baş tutacaq.

Konor MMA-da 28 döyüş keçirib. Bu döyüşlərdən 22-ni qələbə, 6-nı isə məğlubiyyətlə başa vurub.







Offside