- Offside
- 17:18 23.11.2024
Slovakiyanın paytaxtı Bratislavada yeniyetmə və gənclər arasında keçirilən kayak və kanoe üzrə 37-ci beynəlxalq “Bratislava Reqatası”nda Azərbaycan idmançısı bürünc medal qazanıb.
Bu barədə 90deqiqe.Az-a Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından məlumat verilib.
İdmançılarımızdan Paşa Əsgərov 5000 metr məsafəyə kanoe qayığında finiş xəttinə üçüncü çatıb.
Amil Ramazanov 200 metr məsafəyə kayak yürüşlərdə uğurlu çıxış edərək A finalına yüksəlib. Lain o, yekun nəticədə ümumi yarış iştirakçıları arasında 8-ci sırada qərarlaşıb.
Qeyd edək ki, ümumilikdə komandamız reqatada 6 nəfərlik heyətlə təmsil olunub.