21 sentyabr 2024. Şənbə

Həndbol üzrə Azərbaycan Kubokunda finalçılar bəlli olub


  • Offside
  • 09:38 29.05.2024
  • Oxunma sayı: 60
Həndbol üzrə Azərbaycan Kubokunda finalçılar bəlli olub

Kişi həndbolçular arasında Azərbaycan Kubokunda finalçılar müəyyənləşib.

Azərbaycan Həndbol Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, "AHF Arena"da keçirilən yarımfinalda "Azəryol" komandası "Dinamo" ilə, "Bakı" isə "Qarabağ"la qarşılaşıb.

 "Azəryol" "Dinamo" üzərində 45:28, "Bakı" isə "Qarabağ"a üzərində 34:28 hesablı qələbə qazanıb.

Beləliklə, finalda "Bakı" və "Azəryol" komandaları üz-üzə gələcək. Həlledici oyun mayın 30-da baş tutacaq.







Offside