24 noyabr 2024. Bazar günü

Mayk Tayson: “İndi özümü 100% əla hiss edirəm”


  • Offside
  • 12:54 29.05.2024
  • Oxunma sayı: 92
Mayk Tayson: “İndi özümü 100% əla hiss edirəm”

Ağır çəkidə keçmiş mütləq dünya çempionu amerikalı Mayk Tayson ötən gün təyyarədə halının pisləşməsindən danışıb.

90deqiqe.Az xəbər verir ki, o, bu barədə “X” hesabında yazıb.

O hazırda səhhətinin yaxşı olduğunu bildirib: "İndi özümü 100% əla hiss edirəm, baxmayaraq ki, Jake Paulu məğlub etməliyəm".

Xatırladaq ki, iyulun 21-də Arlinqtonda (Texas, ABŞ) Tayson videobloqer Ceyk Polla döyüşəcək. Paulun peşəkar boksda doqquz qələbəsi (altı erkən) və bir məğlubiyyəti var.

Qeyd edək ki, Tayson 2005-ci ildə həmyerlisi Kevin Makbrayda vaxtından əvvəl uduzduqdan sonra ilk dəfə rəsmi döyüşə çıxacaq.







Offside