- Offside
- 17:18 23.11.2024
Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Tennis Federasiyasının (ATF) təşkilatçılığı ilə ilk dəfə keçirilən padel tennisi üzrə "Sea Breeze Padel Cup" turnirinin mükafat fondu açıqlanıb.
ATF-nin mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, qalibə 1000, 2-ci yerin sahibinə 600, 3-cü pilləni tutana isə 400 avro mükafat veriləcək.
Yarışda yerli idmançılarla yanaşı, Bolqarıstan, Türkiyə, Gürcüstan və Səudiyyə Ərəbistanı tennisçiləri də bacarıqlarını göstərirlər.
Ümumilikdə 50-dən artıq tennisçinin mübarizə apardığı yarışda mayın 30-da ilk mərhələ yekunlaşacaq. Bir gün sonra isə 2-ci mərhələ başlayacaq. Turnirə iyunun 2-də yekun vurulacaq.