- Offside
- 13:58 25.03.2025
Qadınlar arasında Azərbaycan Basketbol Liqasının qalibi müəyyənləşib.
90deqiqe.Az-ın məlumatına görə, Azərbaycan Texniki Universitetinin idman zalında baş tutan final matçında "Neftçi" və "Azstars" kollektivləri üz-üzə gəlib.
"Neftçi" rəqibinə 93:29 hesabı ilə qalib gələrək yarışın qalibi olub.
Üçüncü yer uğrunda görüşdə isə "Xırdalan" klubu "Qaradağ"ı 51:49 hesabı ilə üstələyərək bürünc medallara sahib çıxıb.
Qeyd edək ki, final görüşünün ən yaxşı basketbolçusu "Neftçi"nin üzvü Angelina İsmayılova seçilib.