27 iyul 2024. Şənbə

AVRO-2026: Millimizin seçmə mərhələdəki rəqibləri bəlli olacaq


  • Offside
  • 10:45 30.05.2024
  • Oxunma sayı: 56
AVRO-2026: Millimizin seçmə mərhələdəki rəqibləri bəlli olacaq

Bu gün futzal üzrə Azərbaycan millisinin final mərhələsi 2026-cı ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olacaq.

90deqiqe.Az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərindəki püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:15-də start götürəcək.

Tədbirdə yığmanın meneceri Fərrux Hüseyzadə iştirak edəcək.

Azərbaycan millisi III səbətdə yer alacaq. 40 komanda (6 milli – Andorra, Avstriya, Bolqarıstan, Kipr, Malta və İsveçrə ilkin mərhələdən vəsiqə qazanıb) hər birində 4 iştirakçı olmaqla 10 qrupa bölünəcək.

Oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. Qrup qalibləri birbaşa, ən yaxşı göstəriciyə malik 8 qrup ikincisi isə pley-off (ev-səfər) oyunlarında üz-üzə gələcəklər. İki matçın yekununda üstün olan tərəf həlledici mərhələdə oynamaq hüququ əldə edəcək.

Final mərhələsində bu iştirakçılara meydan sahibləri – Latviya və Litva da qoşulacaq və 16 milli AVRO-2026-da çempion olmaq uğrunda mübarizəyə başlayacaq.







Offside