18 iyul 2024. Cümə axşamı

Azərbaycanlı hakim Olimpiya Oyunlarına təyinat aldı


  • Offside
  • 15:13 30.05.2024
  • Oxunma sayı: 89
Azərbaycanlı hakim Olimpiya Oyunlarına təyinat aldı

Azərbaycanlı güləş hakimi Asif Şirəliyev Paris-2024-ə təyinat alıb. 

90deqiqe.Az xəbər verir ki, ölkəmiz növbəti dəfə hakimlərin timsalında da Olimpiadada təmsil olunacaq.I-S kateqoriyalı referi Asif Şirəliyev ikinci dəfə Olimpiya Oyunlarında ədaləti qoruyacaq. 

İlk dəfə Tokio-2020-də debüt edən 43 yaşlı hakim bu dəfə Paris-2024-də görüşləri idarə edəcək. 

Dünya Güləş Birliyi (UWW) geridə qalan yarışlarda idarəçiliyi yüksək qiymətləndirərək həmyerlimizə məsul yarışda etimad göstərib.

Qeyd edək ki, ümumilikdə 39 referi qarşıdan gələn Olimpiadada iş başında olacaq.







Offside