- Offside
- 23:52 18.02.2025
Qadın və kişi həndbolçular arasında Azərbaycan kubokunun qalibləri bəlli olub.
90deqiqe.Az xəbər verir ki, qadın həndbolçulardan ibarət "Kür" komandası finalda “Azəryol”la qarşılaşıb.
Gərgin mübarizə şəraitində keçən oyundan Mingəçevir təmsilçisi 28:27 hesablı qələbə ilə ayrılıb.
XXX Azərbaycan kubokunun final mərhələsində mübarizə aparan kişi həndbolçularından ibarət “Azəryol” kollektivi "Bakı"ya 35:31 hesabı ilə qalib gələrək, kuboka sahib olub.