27 iyul 2024. Şənbə

Azərbaycan avarçəkənləri beynəlxalq turnirdə iştirak edəcəklər


  • Offside
  • 12:50 31.05.2024
  • Oxunma sayı: 50
Azərbaycan avarçəkənləri beynəlxalq turnirdə iştirak edəcəklər

Azərbaycanın kayak və kanoe üzrə yeniyetmə və gənclərdən ibarət yığmaları Qazaxıstanın Uralsk şəhərində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan beynəlxalq turnirdə iştirak edəcəklər.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, məşqçi Larisa Axundovanın rəhbərliyi altında yarışda Niyaz Məlikov, Elvin Əliyev, Emil Zeynalov, Vacib Babayev, Şahin İsayev və Cavid Vəlizadə mübarizə aparacaq.

Avarçəkənlərimiz Qazaxıstana mayın 30-da yollanıblar. Turnir iyunun 1-3-ü aralığında baş tutacaq.







Offside