21 sentyabr 2024. Şənbə

Şon Striklend amerikalılara səsləndi: "Ona daha çox hörmət etməlisiniz"


  • Offside
  • 13:37 31.05.2024
  • Oxunma sayı: 93
Şon Striklend amerikalılara səsləndi: "Ona daha çox hörmət etməlisiniz"

Şon Striklend amerikalılara İslam Maxaçevlə bağlı məsləhətlər verib.

90deqiqe.Az xəbər verir ki, orta çəki dərəcəsində keçmiş UFC çempionu, amerikalı Şon Striklend, yüngül çəkidə hazırkı çempion İslam Maxaçevi tərifləyərək, həmyerlilərinin rusiyalıya daha çox hörmət etməli olduğunu söyləyib. 

“İslam böyük döyüşçüdür. Amerikalılar ona daha çox hörmət göstərməlidirlər. Biz hamımız oktaqonda bərabərik”, deyə Striklend bildirib. 

Xatırladaq ki, iyunun 1-dən 2-nə keçən gecə baş tutacaq qarışıq döyüş növləri üzrə UFC 302 turnirində həm Maxaçev, həm də Striklend iştirak edəcək. İslamın rəqibi amerikalı Dastin Puarye olacaq. Şon Braziliya təmsilçisi Paulo Kosta ilə döyüşəcək.







Offside