- Offside
- 16:31 10.11.2024
Kişi boksçulardan ibarət Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarına 4-cü lisenziyasını qazanmaqla Avropa rekordunu təkrarlayıb.
90deqiqe.Az xəbər verir ki, bu nəticə ilə yığmamız Fransa paytaxtına ən çox lisenziya qazanan Avropa ölkəsi adına şərik olub.
Azərbaycandan başqa, hələlik meydan sahibləri və İspaniya kişilərin mübarizəsində 4 çəki ilə təmsil olunmaq hüququ qazanıblar. Rekorda sahib üç ölkənin ən yaxın izləyiciləri İtaliya, Türkiyə və İrlandiyanın hesabında 3 vəsiqə var.
Millimiz Parisdə 7 çəki dərəcəsindən altısında təmsil olunmaq şansını da saxlayır. Yığmanın daha iki üzvü Tailandda çıxışını davam etdirir. Boksçularımızdan Şamil Əsgərov (57 kq) və Alfonso Dominqes (92 kq) “dördlüy”ə qoşula bilər.
Qeyd edək ki, II Dünya Olimpiya Təsnifat Turnirində 63,5 kq çəkidə mübarizə aparan Malik Həsənov bu gün Paris-2024-ə vəsiqə qazanıb. Daha öncə isə Nicat Hüseynov (51 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) bu uğura imza atıb.