20 iyun 2024. Cümə axşamı

Boksçumuz 1/4 finalda


  • Offside
  • 20:04 31.05.2024
  • Oxunma sayı: 54
Boksçumuz 1/4 finalda

Azərbaycan boksçusu Alfonso Dominqes, II Dünya Olimpiya Təsnifat Turniri çərçivəsində keçirdiyi görüşdə növbəti qələbəsini qazanıb.

90deqiqe.Az xəbər verir ki, o, Banqkok şəhərində keçirilən yarışda Hindistan təmsilçisi Sanjit Sanjitlə qarşılaşmadan qalib ayrılaraq,  1/4 finalda yer alıb.

Alfonso döyüşdə 5:0 (30:27, 29:28, 30:27, 30:27, 29:28) hesabla qalib gəlib. Növbəti görüşündə Qırğızıstan təmsilçisi Elkin Adilbek Uulu ilə yarışacaq. Əgər qələbə qazanarsa, Paris-2024 Yay Olimpiya Oyunlarına giriş biletini rəsmiləşdirəcək.

Xatırladaq ki, bu gün 63,5 kq çəkidə Malik Həsənov Paris-2024-ə lisenziyaya sahib olaraq millimizin aktiv vəsiqələrinin sayını 4-ə çatdırıb.







Offside