22 oktyabr 2024. Çərşənbə axşamı

Azərbaycan Şahmat Federasiyası uşaq evini ziyarət edib


  • Offside
  • 16:47 01.06.2024
  • Oxunma sayı: 74
Azərbaycan Şahmat Federasiyası uşaq evini ziyarət edib

Azərbaycan Şahmat Federasiyası (AŞF) 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə 3 saylı uşaq evini ziyarət edib.

90deqiqe.Az xəbər verir ki, uşaq evinin balaca sakinləri ilə görüşən AŞF-nin Qadın və Sosial məsələlər üzrə komissiyasının rəhbəri, beynəlxalq qrossmeyster Zeynəb Məmmədyarova onları bayram münasibəti ilə təbrik edib.

AŞF adından balacalara şahmat dəstləri, eləcə də müxtəlif hədiyyələr təqdim olunub.







Offside