- Offside
- 17:18 23.11.2024
AFFA-nın təşkilatçılığı ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Quba şəhərində festival xarakterli minifutbol turniri keçirilib.
90deqiqe.Az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində təşkil olunan yarışda 8 komanda iştirak edib və ümumilikdə 80-dən çox uşaq cəlb olunub. Turnirdə mübarizə aparan komandaların hər bir üzvünə AFFA tərəfindən toplar hədiyyə olunub.
Hədiyyələri iştirakçılara AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, həmçinin, mütəxəssislər Orxan Mikayıllı və Ziya Səfərov təqdim ediblər.