- Offside
- 17:18 23.11.2024
Azərbaycan boksçusu Alfonso Dominqes "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Azərbaycan Boks Federasiyasından 90deqiqe.Az -a verilən məlumata görə, 92 kiloqram çəkidə mübarizə aparan idmançı bunu Tailandın paytaxtı Banqkokda II Dünya Olimpiya Təsnifat Turnirində rəsmiləşdirib.
İdmançımız 1/4 finalda Elkin Adilbek Uulu (Qırğızıstan) ilə qarşılaşıb. Dominqes rəqibini 5:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib və bu qələbə boksçuya "Paris-2024"ə iştirak hüququ verib.
Bununla da Azərbaycan Fransa paytaxtında 5 kişi boksçu ilə təmsil olunacaq. A. Dominqesdən öncə Nicat Hüseynov (51 kiloqram), Malik Həsənov (63,5 kiloqram), Murad Allahverdiyev (80 kiloqram) və Məhəmməd Abdullayev (+92 kiloqram) Paris Olimpiadasına vəsiqəyə yiyələnib.
Qeyd edək ki, Olimpiadada boks yarışları iyulun 27-dən avqustun 10-dək davam edəcək.