- Offside
- 17:18 23.11.2024
Bakıda Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələr arasında “Üzgüçülük hamı üçün” layihəsinin açılış mərasimi keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, Bakı Su İdmanı Sarayında təşkil olunan tədbir iştirakçı ölkələrin təmsilçilərinin paradı ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Gənclər və idman naziri Fərid Qayıbov bu yarışın ikinci dəfə keçirildiyini xatırladıb. O, yarışda peşəkar deyil, həvəskar idmançıların iştirak etdiyini vurğulayıb. Qeyd edib ki, digər ölkələrdən olan üzgüçülərin beynəlxalq turnirə qatılması müsbət məqamdır.
Yarışda Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan və Şimali Kipr Türk Respublikası ölkələrindən müxtəlif yaş kateqoriyasında olan idmançılar iştirak edirlər.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyasının birgə əməkdaşlığı ilə təşkil olunan yarışa iyunun 3-də yekun vurulacaq.