20 aprel 2026. Bazar ertəsi

Azərbaycan gimnastları Monteneqroda yeddi qızıl medal qazanıblar


  • Offside
  • 18:47 02.06.2024
  • Oxunma sayı: 210
Azərbaycan gimnastları Monteneqroda yeddi qızıl medal qazanıblar

Azərbaycan bədii gimnastları Monteneqronun Budva şəhərində keçirilən “Montenegro Cup”da yeddi qızıl, bir gümüş və bir bürünc medal qazanıblar.

90deqiqe.Az-ın məlumatına görə, böyüklər arasında Mədinə Dəmirova (çoxnövçülük) qızıl mükafata yaliq görülüb.

Gənclər arasında Şəms Müvəffəqi gümüş, Mədinə Abbaslı bürünc medal (hər ikisi çoxnövçülük) əldə edib.

Yeniyetmələrdən Məryəm Baloğlanova və Nur Sadıqova hər biri üç qızıl mükafata yiyələnib. Onlar halqa, top və gürzlərlə hərəkətlərdə uğurlu çıxış ediblər.







Offside