27 iyul 2024. Şənbə

Millətlər Liqası: Polşa və Braziliya zirvədə


  • Offside
  • 10:45 03.06.2024
  • Oxunma sayı: 55
Millətlər Liqası: Polşa və Braziliya zirvədə

Qadın voleybolçular arasında təşkil olunan Millətlər Liqasında ikinci oyun həftəsi başa çatıb.

90deqiqe.Az xəbər verir ki, səkkiz oyunun nəticəsində Polşa və Braziliya milli komandaları məğlub olmadan liderlik mövqeyini qoruyub. 

Altı qələbə ilə üçüncü yerdə İtaliya milli komandası qərarlaşıb. İkinci həftədə İtaliya Braziliyaya 2:3 hesabı ilə uduzub. 

Millətlər Liqasının hazırkı çempionu Türkiyə beşinci yerdədir. Birinci oyun həftəsində Türkiyə Yaponiyaya və İtaliyaya məğlub olub, ikinci həftədə isə Almaniya, Serbiya, Cənubi Koreya və ABŞ üzərində qələbə qazanıb.

Tokyoda keçirilən Olimpiya oyunlarının çempionu ABŞ komandası səkkizinci yerdədir. Komanda səkkiz oyundan dördündə qələbə qazanıb, Çinə, Braziliyaya, Polşaya və Türkiyəyə məğlub olub.

Xatırladaq ki, üç oyun həftəsinin nəticələrinə əsasən, ən yaxşı yeddi komanda və Tailand milli komandası iyunun 20-dən 23-dək Banqkokda keçiriləcək "Səkkizlər finalı"na yüksələcək. İkinci həftənin sonunda əsas iddiaçılar Polşa, Braziliya, İtaliya, Yaponiya, Türkiyə, Kanada və Çin milli komandalarıdır.







Offside