24 noyabr 2024. Bazar günü

Azərbaycan avarçəkənləri Qazaxıstanda 8 medal qazanıblar


  • Offside
  • 15:05 03.06.2024
  • Oxunma sayı: 85
Azərbaycan avarçəkənləri Qazaxıstanda 8 medal qazanıblar

Azərbaycan avarçəkənləri Qazaxıstanın Uralsk şəhərində 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan kayak və kanoe üzrə turnirdə 8 medal qazanıblar.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, təmsilçilərimiz məşqçi Larisa Axundovanın rəhbərliyi altında 2 qızıl, 3 gümüş və 3 bürünc mükafat əldə ediblər.

Cavid Vəlizadə 2 nəfərlik kanoe qayığında 200 metr məsafəyə mübarizədə qızıl, 500 metr məsafəyə yarışda gümüş müdal qazanıb. O, 1 nəfərlik kanoe qayığında 200 və 500 metr məsafələrdə də ikinci olub. Qarışıq komanda yarışında isə idmançımız 500 metr məsafəni üçüncü bitirib.

Emil Zeynalov 2 nəfərlik kayak qayığında qarışıq komanda yarışında 500 metr məsafəni birinci tamamalayıb. Vacib Babayek - Şahin İsayev cütlüyü 2 nəfərlik kayak qayığında, Niyaz Məlikov isə 1 nəfərlik kayak qayığında 500 metr məsafədə üçüncü olub.

Qeyd edək ki, yarışa 5 ölkədən 10-a yaxın komanda mübarizə aparıb.







Offside