27 iyul 2024. Şənbə

Fransa Açıq Turniri: Cokoviçin 1/4 finalda iştirakı sual altındadır


  • Offside
  • 09:57 04.06.2024
  • Oxunma sayı: 56
Fransa Açıq Turniri: Cokoviçin 1/4 finalda iştirakı sual altındadır

Novak Cokoviç, dördüncü turda argentinalı Fransisko Cerundolo ilə keçirdiyi beş setlik marafon matçında diz zədəsi səbəbindən, Fransa Açıq Turnirindəki dörddəbir finalda iştirak edib-etməyəcəyini bilmədiyini açıqlayıb. 

90deqiqe.Az xəbər verir ki, Cokoviç dizində problem yaşadığı üçün matç əsnasında fizioterapevtdən kömək alaraq oyununa davam etməsi, onun çərşənbə günü norveçli Kasper Ruud ilə qarşılaşmasına kölgə salıb. O, oyun ərzində sürüşmələr səbəbiylə dizində ağrı hiss etdiyini və ağrıkəsicilər ilə matçı tamamladığını bildirib. 

Son üç gün ərzində iki dəfə iki set məğlubiyyəti yaşayan tennisçi, bu çətin mübarizədən qalib ayrılaraq 370-ci "Qrand Slam" qələbəsini qeyd edib.Lakin, dizindəki zədənin ciddi olub-olmadığı hələ də sual altındadır.







Offside