30 mart 2026. Bazar ertəsi

Ceyms Harden tarixin ən böyük basketbolçusunun adını açıqladı


  • Offside
  • 11:58 04.06.2024
  • Oxunma sayı: 150
Ceyms Harden tarixin ən böyük basketbolçusunun adını açıqladı

“Los Angeles Clippers”in qolçusu Ceyms Harden əfsanəvi “Los Angeles Lakers”in oyunçusu Kobe Brayant sayəsində basketbola aşiq olduğunu etiraf edib.

90deqiqe.Az xəbər verir ki, bu barədə o, “Hoopshype”a müsahibəsində deyib.

“Məncə, ən böyük oyunçu kimdir? Məni oyuna aşiq edən tək bir insan var idi və o da Kobe Braynt idi. Los-Ancelesdən gəldiyim üçün və “Lakers” azarkeşi olduğum üçün onun inkişafını və çempion olmasını izlədim. Onun oyuna olan həvəsini və sevgisini gördüm, basketbol üçün nələr etdiyini izlədim. Məhz ona görə də basketbol oynamağa başladım. Mən meydançada bacarıqlarıyiyələndim, lakin onun sayəsində oyuna aşiq oldum”, - deyə Harden bildirib.

Brayant bütün karyerasını (1996-2016) Los-Ancelesdə keçirib. “Lakers” ilə birlikdə beş dəfə Milli Basketbol Assosiasiyasının çempionu olub. Kobe 18 dəfə Ulduzlar oyununda iştirak edib. Bundan əlavə, Brayant ABŞ komandasının tərkibində iki dəfə Olimpiya çempionu olub. Əfsanəvi oyunçu 26 yanvar 2020-ci ildə Los-Anceles yaxınlığında Sikorsky S-76B helikopterinin qəzaya uğraması nəticəsində dünyasını dəyişib.







Offside