20 iyun 2024. Cümə axşamı

Azərbaycanın iki cüdo hakimi B kateqoriyalı lisenziya alıb


  • Offside
  • 12:50 04.06.2024
  • Oxunma sayı: 51
Azərbaycanın iki cüdo hakimi B kateqoriyalı lisenziya alıb

Azərbaycanın cüdo referiləri Pərviz Hüseynov və Mehman İmamquliyev B kateqoriyalı lisenziya əldə ediblər.

90deqiqe.Az-ın məlumatına görə, onlar buna Avstriyanın Qrats şəhərində Avropa Cüdo Birliyi (EJU) tərəfindən təşkil olunan imtahanda nail olublar.

İlkin olaraq hakimlər nəzəri hissəyə dair imtahan veriblər. Daha sonra, iyunun 1-2-də keçirilən gənclər arasında Avropa Kuboku yarışlarında görüşləri idarə edərək praktiki imtahan veriblər. Həm nəzəri, həm də praktiki imtahanı yaxşı nəticə ilə keçən hakimlər B kateqoriyalı hakimlik lisenziyasını əldə ediblər.







Offside