20 iyun 2024. Cümə axşamı

Doncic, LeBronun rekordunu təkrarladı


  • Offside
  • 20:37 04.06.2024
  • Oxunma sayı: 41
Doncic, LeBronun rekordunu təkrarladı

Luka Doncic LeBron Ceymsin pley-off-da topladığı xal rekordunu təkrarlayıb. 

90deqiqe.Az xəbər verir ki, o, ən azı 450 xal toplayaraq, pley-offda ən azı 150 məhsuldar ötürmə edərək və eyni zamanda Milli Basketbol Assosiasiyasının finalına çıxaraq, dördqat NBA çempionu LeBron Ceymsin nailiyyətini təkrarlayıb. 

Bu göstəricilərə görə, " La Leykers"in hücumçusu LeBron Ceyms və Luka Doncic NBA pley-off tarixində heç kimin buna nail olmadığı yeganə oyunçulardır.

Doncic bu mövsüm pley-off'da 489 xal və 150 ​​məhsuldar ötürmə edib.

Doncicin komandası olan "Dallas Maveriks", 2023/2024 NBA Finalında "Boston Seltiks" ilə qarşılaşacaq. Xatırladaq ki, final seriyasının ilk oyunu cümə günü, iyunun 7-də baş tutacaq.

 

 







Offside