20 iyun 2024. Cümə axşamı

Şəhriyar Məmmədyarov Özbəkistanda Superturnirdə iştirak edəcək


  • Offside
  • 13:07 05.06.2024
  • Oxunma sayı: 36
Şəhriyar Məmmədyarov Özbəkistanda Superturnirdə iştirak edəcək

İyunun 6-da Özbəkistanın paytaxtı Daşkənd şəhərində şahmat üzrə yeni superturnirə start veriləcək.

Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, iştirakçılar reytinqə əsasən üç müxtəlif turnirdə yarışacaq. 

Ən yüksək reytinqlilərin çıxış etdiyi “Masters” bölümündə Nodirbek Abdusattorov (Özbəkistan), Parham Maqsudlu (İran), Aleksandr Qrişuk (FIDE), Yangyi Yu (Çin), Vidit Santoş Gucrati (Hindistan), Rixard Raport (Rumıniya), Aleksey Sarana (Serbiya) və digərləri iştirak edəcək. Superturnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov təmsil edəcək.

Aydın Süleymanlı və Vüqar Rəsulov müvafiq olaraq “Challengers” və “Futures” qruplarında mübarizə aparacaq. 
Yarışa iyunun 14-də yekun vurulacaq.







Offside