- Offside
- 15:06 29.11.2024
Dünyanın bir nömrəli raketkası hesab olunan serb tennisçi Novak Cokoviç bu gün hazırda qaldığı Paris klinikasında sağ dizinin menisküsündən əməliyyat olunacaq.
90deqiqe.Az xəbər verir ki, bu barədə Fransanın "L'Équipe" nəşri məlumat yayıb.
Bildirilir ki, Cokoviç ən azı üç həftə məşqlərə qatıla bilməyəcək. Bu səbəbdən iyulun 1-dən 14-dək keçiriləcək Uimbldonda yarışmaq imkanını itirəcək. Cokoviçin Parisdə keçiriləcək Olimpiya Oyunlarında iştirakı onun sağalma müddətindən asılı olacaq.
Xatırladaq ki, iyunun 4-də raketka ustası dizindən aldığı zədə səbəbindən “Fransa Açıq 2024” turnirindən imtina edib.