- Offside
- 17:18 23.11.2024
Bu gün Azərbaycan Texniki Universiteti idman sarayının konfrans zalında Azərbaycan Basketbol Federasiyasının, ABL 2024/25-ci il mövsümü ilə bağlı klublarla müzakirə xarakterli görüşü keçirilib.
90deqiqe.Az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə federasiya prezidenti Emin Əmrullayev, rəyasət heyətinin üzvləri, digər federasiya rəsmiləri və klub nümayəndələri iştirak ediblər.
Görüşdə Azərbaycan Basketbol Liqasında (ABL) iştirak edəcək klubların sayı, legioner və yerli oyunçu limitləri, birinci liqa və klublara bağlı U-14 liqasının yaradılması, qadın basketbol klublarının əsaslı təşkili barədə geniş müzakirələr aparılıb. Federasiya rəhbərliyi ilə klub rəsmiləri arasında fikir mübadiləsi həyata keçirilib və bütün klub rəsmilərinin fikirləri federasiya rəhbərliyi tərəfindən diqqətlə dinlənilib.
İclasın sonunda federasiya prezidenti Emin Əmrullayev, qarşıdakı günlərdə yekun qərarların klub rəsmilərinə bəyan ediləcəyini bildirib və görüşü yekunlaşdırıb.