- Offside
- 23:39 19.04.2026
Azərbaycan Karate Federasiyasında (AKF) yeni təyinatlar reallaşıb.
90deqiqe.Az xəbər verir ki, AKF-nin parakarate üzrə yığma komandasının baş məşqçisi Rənad Əliyev, federasiyanın Parakarate komitəsinə sədr seçilib.
Digər qərara əsasən AKF prezidentinin köməkçisi Vüsal Abdullazadə Texniki təminat xidmətinin rəisi vəzifəsinə təyin olunub.