- Offside
- 17:18 23.11.2024
2019-cu il “On Min Metr” üzrə Dünya Çempionatının bürünc mükafatçısı, keniyalı qaçışçı Ronex Kipruto dopinq qəbul etdiyinə görə altı il müddətinə yarışlardan kənarlaşdırılıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə Atletika Antidopinq Təşkilatı (AIU) məlumat yayıb.
Prosesdə idmançının müdafiə arqumentləri qəbul edilməyib. Onun 2018-ci ildən dopinq qəbul etdiyi məlum olub.
Qərar qəbul edildikdən sonra Kiprutonun bütün nəticələri, eləcə də Dünya Çempionatında bürünc medalından məhrum ediləcək.
24 yaşlı oyunçu 10 may 2029-cu ilə qədər diskvalifikasiya olunub.