20 iyun 2024. Cümə axşamı

Azərbaycan həndbolçuları toplanış üçün Rusiyaya yollanıblar


  • Offside
  • 12:07 06.06.2024
  • Oxunma sayı: 46
Azərbaycan həndbolçuları toplanış üçün Rusiyaya yollanıblar

Kosovoda keçiriləcək Avropa çempionatının təsnifat mərhələsində mübarizə aparacaq 18 yaşadək oğlan həndbolçulardan ibarət Azərbaycan millisi Rusiyanın Həştərxan şəhərinə yollanıb.

Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, komanda burada təlim-məşq toplanışında iştirak edəcək.

Yığma hazırlıq prosesində yerli komanda ilə üç yoxlama matçı keçirəcək. İyunun 11-dək davam edəcək toplanışda 15 oyunçu baş məşqçi Rəşad Hüseynovun sərəncamında olacaq.

Qeyd edək ki, millimizin iyulda Mingəçevirin “Kür” Olimpiya Tədris-İdman Mərkəzində daha bir təlim-məşq toplanışı nəzərdə tutulub. Avropa çempionatının təsnifat mərhələsi avqustun 12-18-i aralığında Kosovoda gerçəkləşəcək.







Offside