- Offside
- 17:18 23.11.2024
Dünya birincisi İqa Sviatek, 10 - 1 üstünlükdə olduğu Koko Gauff ilə Fransız Açıq Turnirinin yarımfinalında qarşılaşmağa hazırlaşır.
90deqiqe.Az "Reuters"ə istinadən xəbər verir ki, Sviatek, amerikalı rəqibinin inkişaf etdiyini və ciddi bir sınaq yaradacağını düşünür.
Gauffun Sviatek üzərində yeganə qələbəsi keçən il olub. Buna baxmayaraq, Sviatek son üç görüşündə rəqibini məğlub edib, hətta 2022-ci ildə" Rolan Qarros" finalında və keçən ilin 1/4 finalında amerikalının bütün ümidlərini puç edib.
"Onun mental oyunu bir az daha yaxşıdır. Əvvəllər öndə olduğunuzda onu 'sındırmaq' daha asan idi," deyə Sviatek bildirib.
Sviatek, Naomi Osaka qarşısında çətin anlar yaşasa da, rəqiblərini asanlıqla məğlub edib. Son qələbəsi İtaliya Açıq Turnirinin yarımfinalında olub. Gauff isə dünya birincisinə qarşı "daha yaxşı bir yol" tapmalı olduğunu deyib:
"Son zamanlarda oynadığımız hər oyunda uğursuz oldum. O mənim və hər kəs üçün çətin rəqibdir," deyə Gauff bildirib.
Elena Rybakina və Aryna Sabalenkanın dörddəbir finalda məğlub olmalarından sonra, digər yarımfinal matçı Yasmine Paolini ilə Mirra Andreyeva arasında keçiriləcək. Bu, hər iki oyunçu üçün də böyük bir turnirdə ilk yarımfinaldır və Andreyeva üçün möhtəşəm bir nailiyyətdir.