- Offside
- 17:18 23.11.2024
Azərbaycanın 15 və 17 yaşadək yeniyetmələrdən ibarət ağırlıqqaldırma milliləri iyunun 15-24-ü aralığında Yunanıstanın Saloniki şəhərində keçiriləcək Avropa birinciliyində iştirak edəcək.
90deqiqe.Az xəbər verir ki, bu gün Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov "ASK Arena"da yerləşən təlim-məşq bazasında komanda üzvləri ilə görüşüb.
O, idmançıların hər birinə uğurlar arzulayıb, qələbələrinə inamını ifadə edib. Umudov qeyd edib ki, federasiya rəhbərliyi yığmamızın yarışlara ən yaxşı şəraitdə hazırlaşması, ölkəmizi beynəlxalq arenada layiqli təmsil etməsi üçün bütün addımları atır. Yeniyetmə atletlərimizin Salonikidə qazanacağı medalların Azərbaycanda ağırlıqqaldırmanın inkişafına yeni təkan verəcəyi, gələcək dünya çempionatı və birinciliklərinə, Olimpiya Oyunlarına doğru yolda təməl rolunu oynayacağı bildirilib. Məşqçilər və idmançılar da öz növbələrində dəstəyə görə təşəkkür edib, etimadı doğrultmağa çalışacaqlarını deyiblər.
Avropa çempionatına yollanacaq heyət:
U-15
Nuray Əbilova (40 kq), Malikə Biçekuyeva (55 kq), Arzu Qədimova (76 kq),
Rəhman Mərdəliyev (49 kq), Kamran Xappayev, Əbdülhüseyn Hüseynov (hər ikisi 61 kq), Elman Kurdanov (67 kq), İsa Əliyev (73 kq), Allahverdi Qaragözov, Aslan Əmiraslanov (hər ikisi 89 kq), Muhəmmədəli Məmmədzadə (96 kq), Sultan Sultanov (102 kq), Sadiq Əliquliyev (+102 kq).
U-17
Mələk Hüseynli (+81 kq), Turan Əliyev (67 kq), Akif Abdullayev (73 kq), Hüseyn Heydərov (81 kq), Məmməd Əhmədzadə (96 kq).
Qeyd edək ki, Avropa çempionatında 36 ölkədən 461 (218 qız + 243 oğlan) idmançı iştirak edəcək.