20 iyun 2024. Cümə axşamı

Məktəblilərin Respublika çempionatı sona çatıb


  • Offside
  • 18:56 07.06.2024
  • Oxunma sayı: 59
Məktəblilərin Respublika çempionatı sona çatıb

FHN İdman-Sağlamlıq Klubunda keçirilən Məktəblilərin Respublika çempionatı sona çatıb.

90deqiqe.Az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Elm və Təhsil Nazirliyi və Azərbaycan Güləş Federasiyasının ortaq təşkilatçılığı ilə ilk dəfə təşkil edilən yarışın son günündə yunan-Roma güləşi üzrə qaliblər bəlli olub. 

Fərdi nəticələrə görə, 38 kq çəki dərəcəsində Əli Cavadlı, 44 kq-da Təbriz Nəsirov, 52 kq-da Eldəniz Allahverdiyev, 62 kq-da Sabir Rzayev, və 75 kq-da Yaşar Məmmədov birinci yeri tutublar. 

Komanda hesabında isə Sumqayıt 170 xalla birinci, Sabunçu 74 xalla ikinci, Binəqədi isə 70 xalla üçüncü yeri tutub.







Offside