20 iyun 2024. Cümə axşamı

Son 16 ilin ən gənc "Grand Slam" yarımfinalı - YENİLƏNİB


  • Offside
  • 21:00 07.06.2024
  • Oxunma sayı: 37
Son 16 ilin ən gənc "Grand Slam" yarımfinalı  - YENİLƏNİB

İkiqat Böyük Dəbilqə çempionu və dünya üçüncüsü, ispan tennisçi Karlos Alkaras,  Fransa Açıq çempionatının ilk finalçısı olub.

90deqiqe.Az xəbər verir ki, yarımfinal görüşündə Alkaras Avstraliya Açıq - 2024  çempionu, dünyanın ikinci raketkası italiyalı Jannik Sinneri məğlub edib. Setlər 2:6, 6:3, 3:6, 6:4, 6:3 hesabı ilə Karlosun xeyrinə başa çatıb. 

Qeyd edək ki, onlar kortda 4 saat 12 dəqiqə vaxt keçiriblər. 







Offside