- Offside
- 17:18 23.11.2024
Gənclər və idman naziri Fərid Qayıbovun sədrliyi ilə III MDB Oyunlarına hazırlıq işləri ilə bağlı iclas keçirilib.
Qurumdan 90deqiqe.Az -a verilən məlumata görə, işçi qrupun üzvləri və oyunların proqramına daxil edilmiş növlər üzrə federasiyaların məsul şəxslərinin də iştirak etdikləri toplantıda idmançıların və nümayəndə heyətlərinin akkreditasiyası, yerləşməsi, yarış məkanlarının hazırlıq səviyyəsi, marketinq, media və oyunlara hazırlıq məsələləri müzakirə olunub
Qeyd edək ki, III MDB Oyunları 2025-ci ildə Azərbaycanın 14 şəhərində - Gəncə, Xankəndi, Mingəçevir, Qəbələ, İsmayıllı, Şəki, Şəmkir, Tovuz, Qazax, Göygöl, Yevlax, Oğuz, Tərtər və Goranboyda 22 idman növü üzrə 33 proqramda keçiriləcək.