24 noyabr 2024. Bazar günü

Azərbaycanın qadın cüdoçuları Paris Olimpiadasına hazırlıq keçiblər


  • Offside
  • 18:18 08.06.2024
  • Oxunma sayı: 61
Azərbaycanın qadın cüdoçuları Paris Olimpiadasına hazırlıq keçiblər

Azərbaycanın qadın cüdoçuları “Zuğulba” tədris-idman bazasında təlim-məşq toplanışında iştirak ediblər.

Azərbaycan Cüdo Federasiyasından 90deqiqe.Az-a bildiriblər ki, on gün davam edən hazırlıq prosesinə 30-a yaxın idmançı qatılıb.

Qadın cüdoçular yüksək performansı təmin etmək üçün intensiv məşq sessiyalarında iştirak edib, texnika və strategiyalarını təkmilləşdiriblər.

Təlim-məşq toplanışı qarşıdan gələn “Paris-2024” Yay Olimpiya Oyunlarına hazırlıq xarakteri daşıyıb.







Offside