30 mart 2026. Bazar ertəsi

Azərbaycan güləşçisi reytinq turnirinin qalibi olub


  • Offside
  • 22:58 08.06.2024
  • Oxunma sayı: 138
Azərbaycan güləşçisi reytinq turnirinin qalibi olub

Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirinin qalibi olub.

90deqiqe.Az-ın məlumatına görə, 63 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda moldovalı Viktor Çobanuya tam üstünlüklə qalib gəlib.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Maqomedxan Maqomedov (97 kq) gümüş, Hacı Əliyev (65 kq) isə bürünc medal qazanıb.







Offside