27 iyul 2024. Şənbə

"Qarabağ" və "Neftçi" gerilədi, "Sabah"la "Zirə" irəlilədi


  • Offside
  • 10:45 10.06.2024
  • Oxunma sayı: 66
"Qarabağ" və "Neftçi" gerilədi, "Sabah"la "Zirə" irəlilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

90deqiqe.Az IFFHS-nin rəsmi saytına istinadən xəbər verir ki, 507 komandadan ibarət siyahıya Azərbaycanın dörd təmsilçisi düşüb.

Beş pillə geriləyən "Qarabağ" (183,75 xal) 53-cü sırada yer alıb. 15 pillə irəliləyən "Zirə" (62,25 xal) 369-cudur.

17 pillə irəliləyən "Sabah" (60,75) 388-ci, beş addım geriləyən "Neftçi" (59,25 xal) isə 403-cüdür.

Qeyd edək ki, dünya reytinqinə “Mançester Siti” (401 xal) başçılıq edir.







Offside