22 oktyabr 2024. Çərşənbə axşamı

"15 İyun – Milli Qurtuluş günü”nə həsr olunmuş bilyard üzrə Sumqayıt şəhər çempionatı keçirilib


  • Offside
  • 10:57 10.06.2024
  • Oxunma sayı: 69
"15 İyun – Milli Qurtuluş günü”nə həsr olunmuş bilyard üzrə Sumqayıt şəhər çempionatı keçirilib

8-9 iyun 2024-cü il tarixlərində Abşeron - Xızı Regional Gənclər və İdman İdarəsi və Azərbaycan Bilyard Federasiyasının təşkilatçılığı ilə Sumqayıt şəhər, 43-cü məhəllədə yerləşən Bilyard Lounge-da 15 İyun – Milli Qurtuluş gününə həsr olunmuş kişilər arasında bilyard idman növü üzrə Sumqayıt şəhər çempionatı keçirilib.

Bu barədə 90deqiqe.Az-a ABF-dən məlumat verilib.

Çempionatın keçirilməsində məqsəd şəhərdə 15 iyun - Milli Qurtuluş gününün qeyd edilməsi, bilyard idman növünün təbliği və inkişafı, asudə vaxtın səmərəli təşkili və idmançılar arasında sağlam həyat tərzinin təbliğidir.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən çempionatda Yaşar Qasımov birinci, Nizami Vəliyev ikinci, Fuad Ocaqverdiyev və Ruslan Behbudov üçüncü yerə layiq görülüb.

Qalib və mükafatçılar medal, diplom və kubokla təltif edilib.







Offside