- Offside
- 23:59 12.05.2025
Rusiyanın tanınmış velosipedçisi Mixail Kolyuşev 82 yaşında vəfat edib.
90deqiqe.Az xəbər verir ki, bu barədə Rusiya Velosiped İdmanı Federasiyasının mətbuat xidməti məlumat yayıb.
"Rusiya Velosiped İdmanı Federasiyası Mixail İvanoviçin ailəsinə, dostlarına, həmkarlarına və tələbələrinə dərin hüznlə başsağlığı verir", - məlumatda deyilir.
Kolyuşevlə vida mərasimi iyunun 11-də Moskva vilayətinin Korolev şəhərində keçiriləcək.
Kolyuşev trek yarışlarında ixtisaslaşıb. O, ikiqat dünya çempionu, həmçinin komanda yarışında Dünya Çempionatının bürünc mükafatçısı adına layiq görülüb.