20 iyun 2024. Cümə axşamı

Azərbaycan beynəlxalq multi-idman tədbirində 11 növdə təmsil olunacaq


  • Offside
  • 12:38 10.06.2024
  • Oxunma sayı: 43
Azərbaycan beynəlxalq multi-idman tədbirində 11 növdə təmsil olunacaq

İyunun 11-dən 24-dək Tatarıstanın paytaxtı Kazan şəhərində "BRICS Sports Games Kazan 2024" beynəlxalq multi-idman tədbiri keçiriləcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, oyunların açılışı iyunun 13-də, bağlanış mərasimi isə 23-də baş tutacaq.

Oyunlarda Azərbaycan 11 idman növündə - avarçəkmə, kanoe, cüdo, stolüstü tennis, qılıncoynatma, yunan-Roma güləşi, sərbəst güləş, qadın güləşi, koreş, sambo, karate üzrə ümumilikdə 97 idmançı ilə təmsil olunacaq.







Offside