20 iyun 2024. Cümə axşamı

Məşhur boksçunun nişanlısı: “Məğlubiyyətdən sonra bütün qəzəbini məndən çıxardı” - FOTOLAR


  • Offside
  • 17:21 10.06.2024
  • Oxunma sayı: 45
Məşhur boksçunun nişanlısı: “Məğlubiyyətdən sonra bütün qəzəbini məndən çıxardı” - FOTOLAR

Amerika Birləşmiş Ştatlarından olan məşhur boksçu Deontey Uaylderin nişanlısı Telli Svift boksçunun ondan 100 yard (təxminən 91 metr) məsafəyə gəlməsinə qadağa qoyub.

Bu barədə 90deqiqe.Az “USA TODAY”ə istinadən xəbər verir.

Sviftin sözlərinə görə, idmançı 2020-ci ildə Tayson Fyuri ilə döyüşdə uduzduqdan sonra onu dəfələrlə fiziki və emosional zorakılığa məruz qoyub: “O, bütün qəzəbini məndən və ailəmizdən çıxardı. Mən ondan terapiyaya getməsini xahiş etdim, o rədd etdi. Bu nöqtədə, o, karyerasını inkişaf etdirə biləcək döyüşlər almaq üçün mübarizə aparırdı və emosional olaraq qeyri-sabit idi. O, bizim evdə tez-tez ağlayır və qışqırırdı”, - deyə T.Svift bildirib.

 







Offside