27 iyul 2024. Şənbə

"Biz bütün mümkün kubokları qazanmaq istəyirik"


  • Offside
  • 22:56 10.06.2024
  • Oxunma sayı: 68
"Biz bütün mümkün kubokları qazanmaq istəyirik"

"Porto"nun müdafiəçisi Joao Mario növbəti mövsümlə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "Record" portuqaliyalının dediklərini belə təqdim edib:

"Biz Portuqaliya çempionu olmaq istəyirik. Bu məqsədə çatmaq üçün hər şeyi edəcəyik. Ölkə daxilində və Avropada digər kubokları da qazanmağa çalışacağıq. Biz həmişə daha çoxunu istəyirik və bunun üçün çalışacağıq”.

Ötən mövsüm 24 yaşlı futbolçu bütün yarışlarda 44 matçda meydana çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə edib. Xatırladaq ki, Portuqaliya çempionatının yekununda “Portu” 34 turda 72 xal toplayaraq turnir cədvəlində yalnız üçüncü yeri tutub.







Offside