20 iyun 2024. Cümə axşamı

"Rolan Qarros" Paris-2024 üçün yenilənir


  • Offside
  • 17:02 11.06.2024
  • Oxunma sayı: 34
"Rolan Qarros" Paris-2024 üçün yenilənir

Fransa Açıq Çempionatında günəş batarkən və İspaniyalı Karlos Alkaras bazar gününün zəfərini qeyd edərkən, "Rolan Qarros"da qırmızı gil meydançaları bir neçə həftə ərzində göz qamaşdıran Olimpiya məkanlarına çevirmək üçün hazırlaşır. 

90deqiqe.Az CNN-ə istinadən xəbər verir ki, 2016-cı ildə Paris 2024 Olimpiadası üçün 41 məkandan biri olaraq seçilən "Rolan Qarros", indi Beynəlxalq Olimpiya Komitəsi və Paris 2024 təşkilatçıları tərəfindən müəyyən edilmiş ciddi standartlara riayət etmək kimi ciddi vəzifə ilə üz-üzədir.

Böyük Dəbilqə tennis meydançasını dünyanın ən böyük idman ekstravaqanzasına layiq bir səhnəyə çevirmək üçün altı həftəyə qədər vaxt qalıb. 

Keçid üçün bütün fərqli "Rolan Qarros" nişanlarının gizləndiyi, Olimpiya halqaları və ev sahibi şəhərin loqosu ilə əvəz olunduğu "təmiz məkan" tələb olunur. 

Olimpiada layihəsinə nəzarət edən Fransa Tennis Federasiyasının baş direktorunun müavini Kristof Faqniez transformasiyanı “kamuflyaj və sərginin” qarışığı kimi təsvir edir. 

İyulun 20-də idmançılar məşqlərə başlayanda "Rolan Qarros" Olimpiya Oyunlarının canlı rənglərinə bürünəcək.

Birincisi, turnir komandası yemək stendlərini, əyləncə guşələrini və yarışın markası olan və çıxarıla bilən hər şeyi sökməlidir.

"Olimpiya makiyaj" iyulun ortalarına qədər davam edəcək. Bundan sonra hərtərəfli təhlükəsizlik yoxlaması idmançıların gəlişinə zəmin yaradacaq.

Kortların içərisində 250-dən çox əşyanın dəyişdirilməsi lazımdır, o cümlədən, hakim kreslolarından tutmuş, Olimpiadanın görünüşünü yaradan LED reklamlarına qədər.

Bəzi elementlərin isə qalması planlaşdırılır. 14 qat çempion Rafael Nadalın heykəli qalacaq ki, bu da azarkeşlər üçün təsəlliverici mənzərə olacaq, baxmayaraq ki, ispaniyalının Fransa Açıq Çempionatını erkən tərk etdikdən sonra oyunlarda iştirakı  qeyri-müəyyəndir. İkonik “RG” loqotipi də minlərlə oturacaqda da qalacaq.

"Bu, böyük tarixi və idman gücünə malik bir stadiondur, ona görə də hər şeyi silə bilmədik"  Fagniez deyib. 

 







Offside