20 iyun 2024. Cümə axşamı

Azərbaycan karateçiləri Gürcüstanda keçirilən beynəlxalq turnirdə 13 medal qazanıb


  • Offside
  • 20:28 11.06.2024
  • Oxunma sayı: 40
Azərbaycan karateçiləri Gürcüstanda keçirilən beynəlxalq turnirdə 13 medal qazanıb

Azərbaycanın gənc və yeniyetmələrdən ibarət karateçiləri Gürcüstanda keçirilmiş ”Open Georgia” beynəlxalq turnirində uğurla çıxış ediblər.

Azərbaycan Karate Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, təmsilçilərimiz yarışı 3 qızıl, 4 gümüş və 6 bürünc medalla başa vurublar.

Turnirdə 6 ölkədən ümumilikdə 700-ə yaxın idmançı mübarizə aparıb. İdmançılarımız məşqçilər - Əbülfət Qarayev, Vüsal İsrafilov, Siyavuş Bayramov, Rüstəm Əkbərov, Mais Mədətov və Tərlan Cavadovun rəhbərliyi altında qüvvəsini sınayıb.

Yarışda ölkəmizi hakim qismində Vüqar Kərimov təmsil edib.







Offside