20 iyun 2024. Cümə axşamı

Əfsanəvi basketbolçu 86 yaşında vəfat edib


  • Offside
  • 20:45 12.06.2024
  • Oxunma sayı: 47
Əfsanəvi basketbolçu 86 yaşında vəfat edib

Əfsanəvi basketbolçu və NBA komandasının lideri Cerri Uest 86 yaşında vəfat edib.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Şəms Çaraniya "X" sosial şəbəkəsindəki hesabında məlumat verib.

O bildirib ki, Uest bu səhər evində həyat yoldaşı Karenin yanında dünyasını dəyişib.

Cerri Uestin silueti bir neçə onilliklər ərzində NBA loqosunda istifadə olunur. Oyunçu karyerası ərzində Uest bir titul (1972), bir Final MVP və 14 All-Star oyunu qazanıb. O, bütün karyerasını “Los Angeles Lakers”də keçirib.

Oyunçu karyerasından sonra Uest bir neçə NBA çempionatı komandasında məşqçi və baş menecer kimi çalışıb.







Offside