14 mart 2025. Cümə

Çövkən üzrə dünya çempionatı: Azərbaycan millisi Türkiyəyə böyük hesabla qalib gəlib


  • Offside
  • 19:13 13.06.2024
  • Oxunma sayı: 107
Çövkən üzrə dünya çempionatı: Azərbaycan millisi Türkiyəyə böyük hesabla qalib gəlib

Azərbaycan millisi Bakıda keçirilən çövkən üzrə dünya çempionatında növbəti qələbəsini qazanıb.

 90deqiqe.Az xəbər verir ki, yığma Binə Atçılıq Mərkəzində təşkil olunan matçda Türkiyə kollektivi ilə üz-üzə gəlib.

Görüş milli komandamızın 5:0 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan yığması üç turdan sonra A qrupunda maksimum nəticə ilə liderdir. Türkiyə seçməsi isə 3 xalla 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan millisi ilk iki turda Qazaxıstan və Maltanı 5:0 hesabı ilə məğlub edib. 10 ölkənin komandasının iştirak etdiyi dünya çempionatına iyunun 16-da yekun vurulacaq.







Offside

 Luis Suares qollarına davam edir
  • Offside
  • 11:00 14.03.2025
Luis Suares qollarına davam edir